Gəncə Dövlət Dram Teatrının
Gəncə Dövlət Dram Teatrı haqqında məlumat
Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə Bakıda yaranmışdır. 1925-ci ilə kimi «Tənqid-təbliğ» teatrı, 1932-ci ilə kimi «Bakı-işçi-kəndli» teatrı adlandırılmışdır. 1932-ci ilin dekabr ayında teatr bütün heyyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir.
1932-34-cü illərdə Qırmızı Bayraqlı Türk İşçi Teatrı, 1934-35-ci illər Qırmızı Bayraqlı İşçi Teatrı, 1935-39-cu illər Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı, 1939-52-ci illər L.Beriya adına Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı, 1952-64-cü illər Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı, 1964-90-cı illər Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı, 1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı kimi adlandırılmışdır.
Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, ev 54 ünvanı teatr binası üçün rekonstruksiya olunaraq 1936-cı ildən Gəncə Dövlət Dram Teatrının istifadəsinə verilib. Sözügedən bina 1895-ci ildə alman sahibkarı Xristofor Förer tərəfindən tikilərək, çaxır anbarı kimi istifadə olunmuşdur.
Bu gün Gəncə Dövlət Dram Teatrında üç nəfər Xalq artisti, səkkiz nəfər Əməkdar artist, iki nəfər isə Prezident mükafatçısı olaraq fəaliyyət göstərir.
2014-cü ildə Gəncə Dövlət Dram Teatrının əsaslı yeni binasının tikintisi üçün bünövrənin qoyulması mərasimi.
Yeni teatr binası:
- Böyük tamaşaçı zalı – 478 tamaşaçı yerlik;
- Lojalar –22 tamaşaçı yerlik;
- Kiçik tamaşaçı zalından - 120 tamaşaçı yerlik;
- 11 metr diametrində fırlanan mexanizmi olan tam funksionallı səhnə;
- 2 zaldan, 135 ədəd eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi;
- 400 kitab və zəngin marifləndirmə vəsaitlərindən təşkil olunmuş Kitabxana;
- Xoreoqrafiya zalı;
- 38 aktyor üçün Qrim otaqları;
- 200 yerlik kafe Teatral;
- Böyük Emalatxana otağı;
- Camaşırxana və Ütüləmə otaqları.
- Mərkəzləşdirilmiş isitmə-soyutma sistemli Havalandırma zalı və sairə köməkçi otaqlar.
Gəncə Dövlət Dram Teatrının yeni binasının texniki göstəriciləri aşağıdakı kimidir:
- Teatrın tikintialtı sahəsi – 3731 m2
- Teatrın ümumi sahəsi –16790 m2
- Binanın planda ölçüləri – 71.2x52.4 metr
- Binanın maksimum hündürlüyü – 28.55 metr
- Mərtəbə sayı – 7 mərtəbə və 1 zirzəmili
- Qazanxana – 1 ədəd
- Transformator 2x1600 kva – 1 ədəd
- Generator 500kva – 1 ədəd
- Su anbarı 400 m3 – 2 ədəd
- Nasosxana – 1 ədəd
- 5-ci, 6-cı və 7-ci mərtəbələrdə hər mərtəbədə 2 otaq olmaqla 6 otaqdan 12 yerdən ibarət mehmanxana (qonaq evi)
- Liftlər – 4 ədəd sərnişin, 2 ədəd sərnişin (panorama) və 2 ədəd yük.