AFRA Hotel
Afra Hotel İstirahət və Biznes mərkəzi Oğuz şəhərinin mərkəzində yerləşir.Oğuz şəhəri Azərbaycanın şimal hissəsində, Şəki və Qəbələ şəhərlərinin arasında arasında yerləşir və bir çox hallarda Azərbaycanın İsveçrəsi adlandırılır. Oğuz şəhərinin mükəmməl dağ iqlimi turistlərə və qonaqlara inanılmaz təəsürat və gözəl rahatlıq bəxş edir.AFRA hotelin 24 saat xidmət göstərən 1 restoranı və barı, konfrans zalı, açıq hovuz və saunası, idman zalı və disko klubu, bilyard,tennis kortu, uşaqlar üçün oyun meydançası,Televiziya oyunları (Playstation) üçün xüsusi otaq,yay terası və avtoparkı var. AFRA Hotelin 4 koteci və 34 otağı var. Bütün otaqlarda peyk antenası ilə televizor və pulsuz internet, kondisioner və minibar, vanna otağı və telefon quraşdırılıb. Bundan əlavə koteclerimizdə mini mətbəx mövcuddur. Səhər yeməyində tipik Azərbaycan mətbəxi açıq bufet şəklində qonaqlara təqdim olunur. Siz günün 24 saatı ərzində istədiyiniz zaman otaqda sifariş edə bilərsiniz.