Gəncə İdman Sarayı
Layihələndirilən İdman Sarayın tikintialtı sahəsi – 11358 m2 ; ümumi sahəsi - 39400 m2 ; hündürlüyü – 23.5 metr (bundan əlavə 5,25 və 9,25 metr hündürlükdə 2 mərtəbəli zirzəmi); həcmi – 371000 m3 təşkil edir.
Böyük zal – Basketbol, voleybol, həndbol, mini futbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulur. 2200 nəfərlik stabil oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq, 24 nəfər əlil arabasında olan seyirçi idman oyunlarını izləyə biləcək. Xarici hakimlər üçün 4 ədəd soyunub-geyinmə otağı, yerli hakimlər üçün 2 ədəd 8 nəfərlik soyunub-geyinmə otağı vardır. Komandalar üçün bütün san-qovşaqlarla təmin olunmuş 4 ədəd 96 yerlik soyunub geyinmə otağı tikilib. Yarış komandaları üçün 2 ədəd həkim otağı, 2 ədəd massaj otağı və 2 ədəd dopinq otağı yaradılıb. Zalın daxilində hakimlərin izləməsi və müşavirə üçün 3 otaq mövcuddur. Zalın qarşı divarlarında 7.6x4.8 metr ölçülərdə elektron monitorlar quraşdırılıb. Bundan əlavə zalın orta hissəsində dam örtüyündən asılan kub formanın 4 yan tərəfinin hər birində 4x3 metr ölçüdə monitor quraşdırılıb. Yarışların izlənməsi üçün zalda ümumi sahəsi 140 m2 olmaqla hər bir şəraiti olan VİP otaqlar tikilmiş və həmin yerləşgənin dam örtüyündə - yəni anfiteatr yaradılmışdir. Zalın orta hündürlüyü 16.5 metrdir. Sarayın ümumi inzibati otaqlarından əlavə İdman oyunlarının idarə heyətləri və komandalar üçün 4 ədəd ofis otağı mövcuddur.
Hovuz zalı – Üzgüçülük oyunlarının keçirilməsi məqsədilə 50x20.7 metr ölçüdə və 3 dərinlikdə: 4 metr, 2.2 metr və mobil hərəkətli döşəmə inşa olunmuşdur. Hovuzun iki hissəyə bölünərək eyni zamanda həm hazırlıq məşqləri və həm də yarış keçirilməsi üçün 20.7 metr uzunluğunda platforma quraşdırılır. 1400 nəfərlik oturacaq yeri olan tribuna və 20 nəfər əlil arabasında olan seyirçi idman oyunlarını izləyə biləcək. Burada üzgüçülük yarışlarının keçirilməsi üçün tələb olunan xüsusi “Timing room” otağı tikilmişdir. Yarış komandaları üçün 2 ədəd həkim otağı, 2 ədəd massaj otağı və 2 ədəd dopinq otağı yaradılıb. Zalın daxilində hakimlər üçün 3 ədəd izləmə və müşavirə otaqları mövcuddur. İdmançılar üçün isə 4 ədəd 96 yerli soyunub-geyinmə, duş və sanitar qovşaqlar fəaliyyət göstərəcək. Zalın qarşı divarlarında 7.6x4.8 metr ölçülərdə elektron monitorlar quraşdırılacaq. Yarışların izlənməsi üçün zalda ümumi sahəsi 140m2 olmaqla hər bir şəraiti olan VİP otaqlar tikilmiş və həmin yerləşgənin dam örtüyündə - yəni anfiteatr yaradılmışdir. Zalın orta hündürlüyü 16.5 metrdir. Sarayın ümumi inzibati otaqlarından əlavə İdman oyunlarının idarə heyətləri və komandalar üçün burada da 4 ədəd ofis otağı mövcuddur. Yarışların aparılmasına nəzarət məqsədilə 2 ədəd hakim otağı və məsləhətləşmə üçün konfrans otağı yaradılıb.
Kiçik zal – 4, 3 və 2 yerə bölünmək imkanına malikdir. Burada Ağır atletika, Güləş, Cüdo və Boks zalları və məktəbləri fəaliyyət göstərəcək. 4 ədəd zalın sürüşən arakəsmələri cam balkon prinsipinə əsaslanaraq yığılıb-açılır. Arakəsmələr açılan zaman 6.5 metr hündürlükdə 1900 m2 sahə heç bir maneə olmadan bütöv zal kimi istifadə oluna bilir. Hər bir zala qulluq edən soyunub-geyinmə otaqları, duş otaqları, sanitar qovşaqlar, sauna və şok duş otaqları tikilmişdir. Ümumilikdə 403 nəfərlik oturacaq yeri olan tribunadan seyirçilər yarışları normal izləyə biləcək. Bundan əlavə hər biri 20 nəfərlik 2 ədəd ofis otağı vardır.
İdman sarayında 60 yolluq 10 metr uzunluqda İSSF federasiya standartlarına uyğun Atıcılıq zalı, 220 m2 sahədə avadanlıqlarla tam təchiz olunmuş Yoqa, pilates və atletika zalı, 25 ədəd yarış stolu olan Şahmat zalı, 84m2 Krossfit zalı, hər biri 480 m2 olmaqla 2 ədəd qadın və kişi SPA mərkəzi, 6.8 metr hündürlükdə 500 m2 sahəsi olan geniş həcmli Fitnes zalı, v, 4 ədəd bilyard stolu, 160 m2 sahəsi olan köməkçi məşq Trenajor zalı və 4 stollu stolüstü tennis zalı, 80 m2 Uşaq otağı, 250 m2 böyük konfrans zalı, 60 nəfərlik orta konfrans zalı, 30 nəfərlik kiçik konfrans zalı, hər biri 90 m2 olmaqla 2 ədəd kofeşop görüş guşəsi, 300 nəfərlik restoran, 1000 həfərlik mətəx, 3 ədəd kofe break və 6 ədəd market fəaliyyət göstərəcək.
Yarış zamanı seyirçilərin mərtəbələrə hərəkət rahatlığını nəzərə alaraq 2 ədəd 2 mərtəbəli eskalator və müxtəlif parametrli 12 ədəd lift quraşdırılmışdır ki, bunlardan 3-ü qüsurlu insanlara xidmət edir. Əlavə olaraq qüsurlu insanalar üçün 2 ədəd platforma quraşdırılıb. Binanın dam örtüyünün bir qismində yay mövsümündə istirahət etmək üçün üstü açıq gözəl panoraması olan kafe fəaliyyət göstərəcək.
Yarışların keçirilməsi üçün hər bir şərait - havalandırma, isitmə-soyutma, işıqlanma, elektrik təchizatı, Wi-Fi şəbəkəsi, təhlükəsizlik, tv yayımı, avtomatlaşdırma və sairə yüksək səviyyədə qurulmuşdur. Gəncə İdman Sarayında quraşdırılan avadanlıqlar haqqında məlumat:
- Əsas zalların işıqlandırılması: Amerkanın MUSKO şirkəti, 10 il servis və 25 illik avadanlıq qarantiyası
- Digər zalların işıqlandırılması - Golon, Koreya
- Robot şou işıqları - Almaniya
- Lift və eskalatorlar - SİGMA, Koreya
- Monitorlar - ABSEN, Amerika
- Səs sistemi – dbTechnologies, İtaliya
- Akustika sistemi - Portuqaliya
- Əsas Universal zalın döşəməsi – Junckers, Danimarka
- Universal zal və Kiçik zaldakı avadanlıqlar, FİBA, FİVA və digər beynəlxalq idman federasiyalarının qəbul etdikləri standartlar
- Hovuz platforma və döşəmə avadanlıqları - VARİOPOOL, Hollandiya
- Hovuz filtrasiya sistemi - Fluidra, İspaniya
- Hovuz vaxt qeydiyyat elektronikası - OMEQA/SWİSSTİEMİNG, İsveçrə
- Hovuz üçün əlillər lifti – Fluidra, İspaniya
- Hovuz ətrafı döşəmə seramikası FİNA tələblərinə uyğun olaraq xüsusi R13 standartlı seramika
- Hotel elektron qapı zamokları – TESA, İspaniya
- Hotel elktronik avadanlıqları – Shneider Electric, Almaniya
- Hotel qapılarında səs və yanğın təhlükəsizlik izolyasiya mexanizmləri – Athmer, Almaniaya
- Hotel santexnik avadanlıqları – HANSGROHE və DURAVİT, Almaniya
- Qurğunun bütün fasadı üzrə ultrabənövşəyi şüaları dəfə edən termoizolyasiyalı şüşələr - Belçika
- Boulinq və Bilyard avadanlığı - Çin
- Fitnes avadanlıqları – Technogym, İtaliya
- Kiçik zalın 2, 3 və 4 hissəyə bölünməsi üçün sürüşən arakəsmələr – Doorfold, Çin
- Atıcılıq zal avadanlıqları - SİUS, İsveçrə
- Havalandırma avadanlıqları - DAİKİN, Yaponiya
- İsitmə və soyutma vadanlıqları – Mitsubishi Electric, Yaponiya
- Aktiv ildırım ötürmə qurğusu- İndelec, Fransa
- Elektrik sistem avadanlıqları - Siemens, Schneider Electric, Merlin Gerin
- Su arıtma qurğusu – Vatek, Türkiyə (Yaponiya, İtaliya və Almaniya avadanlıqları – yığılması Türkiyə)
- Həyət işıqlanması (günəş panelləri) – Çin
- 5 ədəd fiziki məhdud insanlar üçün platformalar - Türkiyə
Əsas binaya qulluq məqsədilə aşağıda sadalanan mühəndisi tikililər də fəaliyyət göstərir:
Qazanxana binası (tikintialtı sahə-153.76m2, hündürlüyü-4m, həcmi–615,04m3) - 1 ədəd
Transformator 2x3200 kva (tikintialtı sahə-153.6m2, hündürlüyü-4m, həcmi-614,4m3) – 1 ədəd
Su anbarları (yanğın-705m3, bağça suvarma-134m3, içməli-280m3, xam-280m3), Nasosxana və Emalatxana (tikintialtı sahə-448m2, hündürlüyü-5.1 və 9,1m, həcmi 3136,8m3)– 1 dəst
Suarıtma qurğusu – 1 ədəd
Çirkab su anbarı (tikintialtı sahə-139.12m2, hündürlüyü-3.5m, həcmi-586,34m3) – 1 dəst
Artezian nasosxanası – 1 ədəd
Qeyd: Qazanxana 12,4x12.4=153.76x4=615,04
Transformator 12.8x12=153.6x4=614.4
Su anbarı 32x14=448x5.1=2284,8
Emalatxana 16.5x14=231x4=852
Çirkab su anbarı 486,92+81.42= 568,34 (yeraltı 14.8x94=139,12x3.5=486,92, yerüstü 4.6x5.9=27.14x3=81,42)