Qax Olimpiya Idman Kompleksi
Qax Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 16 avqust 2013-cü ildə istifadəyə verilmişdir.
Kompleks aşağıdakı tikililərdən ibarətdir:
1. Əsas İdman Zalı – İnzibati hissə 2 mərtəbəlidir. Birinci mərtəbədə əsasən Vestibül (412m2),Guşə, Trenajor zalı, Bufet, Qarderob , sanitar qovşaqlar və s. İkinci mərtəbədə isə ayrobika, güləş zalı, konfrans otağı, mühasibatlıq yerləşdirilmişdir. Qabarit ölçüləri 54x40x11 metr olan İdman zalında tamaşaçılar üçün 480 yerlik tribuna və ikinci yarus nəzərdə tutulmuşdur. Binanın fasad hissəsi xüsusi dizayn əsasında metal karkas üzərində yığılmış tekstolitdən və vitraj şüşələrdən ibarətdir. Daxili divarlar rəngsaz işləri ilə tamamlanmışdır. Döşəmələr keramik plitələr və taxta ilə, pilləlkən qəfəsəsi mərmərlə, zal standartlara cavab verən amortizasiyalı taxta təbəqə ilə örtülmüşdür. Tavanlarda isə alçipan lövhələr quraşdırılmış və rəngsaz işləri görülmüşdür. Otaqlar mebellərlə və idman qurğuları ilə təchiz olunmuşdur. İşıqlanma, havalandırma, siqnalizasiya, videomüşahidə sistemləri müasir tələblərə cavab verir.
2. Hovuz binası – İnzibati hissə 2 mərtəbəlidir.
3. Kottec (2 mərtəbəli, 5 ədəd)
4. Tribuna (912 yerlik)
5. Keçid məntəqəsi
Təsərrüfat təyinatlı tikililər:
- Su anbarı (300 m3-lik, 2 ədəd)
- Nasosxana
- Qazanxana
- Transformator məntəqəsi (630kva)
- Çirkab su anbarı (150 m3, 3 ədəd)
- Artezian quyusu
- 9 nəfərlik ayaq yolu
- Çirkab su anbarı (75 m3 , 1 ədəd)
Üstü açıq idman meydançaları:
- Futbol stadionu (ölçüləri 70x105m) – süni ot örtüyü sərilib.
- Basketbol meydançası (14x26m, hasarlanan sahə 18x30m) – süni ot ötüyü sərilib.
- Voleybol meydançası (9x18 m, hasarlanan sahə 15x24 m) – süni ot örtüyü sərilib.
- Tennis kortu (ölçüləri 11x24 m, hasarlanan sahə 18x36 m) – süni ot örtüyü sərilib.
Abadlıq işləri:
1. Yaşıllıq sahə - 8000m2
2. Asfalt sahə - 14000m2
3. Beton tavacıq (tamet)- 4500m2