İstehsal - Rovshan Oguz Group
ovshr
Ofis mebelləri

Ofis mebelləri

ƏSAS SƏHİFƏ > Mebel İstehsalı

Rövşən Oğuz İstehsalat 1991-ci ildən başlayaraq Almaniya, İtaliya və Türkiyə istehsalı olan, beynəlxalq standartlara cavab verən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş fabrikində və metal sexlərində ixtisaslı kadrlar çalışdırır. Biz öz müəssisəmizdə Avropadan, Türkiyədən, Cənubi Koreyadan gətirilmiş ekoloji cəhətdən təmiz xammaldan, eləcə də müxtəlif çeşidli yerli ağac və mebel materiallarından istifadə edirik. Şirkətin öz məhsullarının davamlı istehsalı və satışı sahəsində 22 illik təcrübəsi vardır. Şirkət bir sıra tanınmış xarici və yerli şirkətlərlə də uzunmüddətli əməkdaşlıq təcrübəsinə malikdir. Şirkət məhsul bazarına uyğun olaraq müxtəlif çeşidli mebel və metal məhsullar istehsal edir və müxtəlif xidmətləri həyata keçirir.


Məhsul və xidmətlər spektrinə standart və ya özəl dizaynlarla istehsal olunan aşağıdakı məhsullar   daxildir:

 

  • Ev mebelləri (qonaq otağı , yataq otağı , uşaq otağı, dəhliz , mətbəx mebeli və s.)
  • Ofis mebelləri (ofislər, banklar, otellər, bar, restoran və s. üçün mebel)
  • Müxtəlif növlü materiallardan xarici və daxili qapılar
  • Avropa standartlarına uyğun odadavamlı qapıların istehsalı
  • Oyma və inkrustasiya işləri
  • Metal işləri (dəmir qapılar, darvazalar, müxtəlif metal konstruksiyalar və s.)
  • Divarların, tavanların və sütunların ağac və digər mebel materialları ilə üzlənməsi
  • Köhnə (qədimi) mebellərin bərpası
 

  Şirkətin  ikinci mebel fabriki  2005-ci ildən Yevlax şəhərində faəliyyət göstərən "ARFA" mebel fabirikidir.

Fabrikdə seriyalı müxtəlif növ mebellər   yataq, qonaq, mətbəx, dəhliz və ofis mebelləri istehsal  olunur. Eyni zamanda  fərdi sifarişlə istənilən bütün növ mebellərin istehsali fabrikdə mümkündür. Fabrikdə olan  avadanlıqlar, İtaliya, Almaniya istehsalı olan kompüterləşdirilmiş  dəzgahlardır. İstifadə olunan xammal Türkiyə və yerli  istehsal məhsullarıdır. Burada istənilən çeşiddə mebellərin istehsalı və alıcıların evlərində quraşdırılması üçün  yüksək ixtisaslı ustalar calışırlar. Burada «Reyhan»,  Versaçe, «Yasəmən», «Lalə», «Nilufər», «Nərgiz», «Zanbaq», «Ətirşah», «Mərcan», «Süsən» və s.  yataq, mətbəx, ofis, uşaq otağı, qonaq otağı mebelləri yüksək keyfiyyətlə və müasir dizaynda istehsal olunur. Fabrikin Yevlax şəhərində satış və sərgi  salonu  vardır.

İstehsal olunan mallar Azərbaycanın  müxtəlif rayonlarında olan satış mağazalarında satılır.     

Tərəf  müqabillərimiz :    EL TV Yevlax    ofisi, Yevlax  Maliyyə İdarəsi, Gəncə  İH, Hərbi Prokurorluq, Standartlaşma və Metrologiya Komitəsinin Təcrübə  SINAQ  Mərkəzi,Gəncə  Təhsil  Şöbəsi, Yevlax İH, Bərdə İH, Tərtər İH, Ağdaş İH.