Xidmət - Rovshan Oguz Group
g
Servis

Servis

ƏSAS SƏHİFƏ > XİDMƏTLƏR >Xidmət

 

       Rövşən Oğuz Xidmət aşağıda göstərilən sahələr üzrə xidmət göstərir

  • Ventilyasiya, isitmə, soyutma, elektrik, su, kanalizasiya və s. sistemlərin quraşdırılması.
  • Binaların, obyektlərin, ofis və evlərin texniki qulluğu və təmiri
  • Ofis və mənzillərin yığışdırılması və tənzimlənməsi
  • Daxili və xarici pəncərələrin təmizlənməsi
  • Xalçaların, kovralitlərin, pərdələrin, yumşaq mebellərin, döşəklərin xüsusi avadanliqlarla yuyulması
  • Döşəmələrin xalça və kovralitlərlə örtülməsi
  • Ziyanvericilərlə mübarizə, o cümlədən ilanların tutulması
  • Evdə və obyektdə sanitar-gigiyena xidmətləri
  • Evdə və obyektdə elektrik xidmətləri
  • Elektrik cihazların (kondisionerlərin, soyuducuların, paltar və qab yuyan maşınlarin və s.) və avadanlığın təmiri və sınaqdan keçirilməsi
  • Qıfılların təmiri, seyflərin açılması, açarların dublikatlarının çıxarılması
  • Mebel daşıma xidmətləri
  • Döşəmə örtüklərinin təzələnməsi, asma tavanların bərpası və ya təmizlənməsi

 BP AzSPU ilə ümumi texniki xidmət müqaviləsi

2010-cu ilin yanvarında BP AzSPU Rövşən Oğuz Qrup ilə ümumi texniki xidmət haqqında müqavilə imzalamışdır. Bu müqavilə podratçı üçün qoyulan bütün vacib tələblər, məsələn: podratçının təcrübəsi, maliyyə sabitliyi və mövcud insan resursları nəzərdən keçirildikdən sonra bağlanmışdır. Bütün tender proseduralarından keçdikdən sonra şirkətimizin təklifi BP-nin tender komissiyası tərəfindən ən münasib təklif kimi dəyərləndirilmişdir.

Bizim müqaviləmiz müxtəlif BP obyektlərində, məsələn:

1.         Səngəçal Neft və Qaz Terminalında

2.         BP-nin Təchizat bazasında

3.         BP-nin şəhərdaxili ofis binalarında

4.         BP mənzillərində

təmir və texniki xidmətlərin göstərilməsindən ibarətdir. 

Səngəçal Neft və Qaz Terminalı

Bizim Səngəçal Terminalında 130-dan çox daimi təyinatlı, əlavə tikinti-inşaat və ya bərpa layihələri üçün isə 30-dan 60-a qədər müvəqqəti işçimiz vardır. Terminalın sahəsi 480 hektardır və şirkətimiz burada həm qeyri-sənaye, həm də istehsal sahələrində fəaliyyət göstərir, məsələn:

  • Caspian Energy Centre, biznes ofisləri
  • Caspian Technical Training Centre, 120 sinifdən çox
  • BP Camp
  • EOP, Anneks, Şahdəniz, CCB, Davis və STEP sahələri 
  • Sənaye sahəsi

BP-nin şəhər mərkəzindəki binaları

BP-nin şəhər mərkəzindəki binaları aşağıdakı korpuslardan ibarətdir:

1.         BP Xəzər Mərkəzi

2.         İçəri Şəhər Ofisi

3.         BP Hyatt Regency ofisləri

4.         BP Landmark ofisləri


BP mənzilləri

 BP mənzillərinin texniki xidmət Rövşən Oğuz Qrup-un mühüm şöbələrindən biridir. Biz bakıdakı BP AzSPU binalarının bütün texniki xidmət ehtiyaclarına diqqətlə yanaşırıq. Biz istənilən texniki xidmət sorğusuna dərhal reaksiya verən yeganə mənbə kimi fəaliyyət göstərməkdəyik. Bizim 24 peşəkar işçidən ibarət komandamız – elektriklərimiz, santexniklərimiz, mebel daşıyanlarımız və xadimələrimiz vardır. Aşağıdakı binalar bizim texniki xidmət müqaviləmizə daxildir: