Əməyin təhlükəsizliyində rəhbərliyin rolu - Rovshan Oguz Group
ovshr
Ofis mebelləri

Ofis mebelləri

Əməyin təhlükəsizliyində rəhbərliyin rolu

Rövşən Oğuz şirkətlər Qrupunun rəhbərliyinin təşəbbüsü ilə avqust ayının 4-də Kempinski hotelində İşə Məsul Şəxslərin Əməyin təhlükəsizliyində rəhbərliyin rolu mövzusunda konfrans keçirilmişdir.Yığıncağın aparıcısı onun proqramını tərtib edən-şirkətin SƏTƏM üzrə meneceri Aydın Hacıverdiyev idi. İlk söz şirkətin yaradıcılarından biri olan Hafiz Mustafayevə verildi.Hafiz M. öz çıxışında insan həyatından öndə olan işin olmadığını xüsusi olaraq vurğuladı və hər bir rəhbər şəxsin təhlükəsizlik texnikasının bütün tələblərinin yerinə yetirilməsində həmin şəxslərin üzərinə düşən məsuliyyətdən danışdı. Daha sora Rövşən Oğuz şirkətinin SƏTƏM üzrə baş mühəndisi Cavidan Əsgərov il ərzində baş verən texniki təhlükəsizlik qaydalarının pozulması haqqında məlumat verdi. Hər bir hadisə ətraflı təhlil edildi və gələcəkdə bu kimi xoşagəlməz halların qarşısının alınması yolları müzakirə edildi. Ardınca işə məhlus şəxslərin komanda şəklində işin təşkilinin təkminləşdirilməsi məqsədi ilə müxtəlif viktorinalar təşkil edildi və viktorinanın qaliblərinə mükafatlar təqdim edildi. İştirakçıların diqqətini hadisələrə nə dərəcədə real yanaşdıqlarını yoxlamaq üçün qısa müddətli video-çarx nümayiş etdirildi və iştirakçıların diqqətliliyi yoxlanıldı.Yekunda konfransın bəyannaməsi qəbul edildi və konfransın hər rübün sonunda keçirilməsi qərara alındı. Konfrans Hafiz M. yekun təşəkkür nitqi ilə yekunlaşdı.