İnşaat - Rovshan Oguz Group
uz
Oğuz Olimpiya İdman Kompleksi

Oğuz Olimpiya İdman Kompleksi

SAĞLAMLIQ VƏ ƏMƏK TƏHLÜKƏSİYLİYİ SİYASƏTİ

SAĞLAMLIQ  VƏ  ƏMƏK  TƏHLÜKƏSİYLİYİ  SİYASƏTİ

 

“RÖVŞƏN OĞUZ QRUP”MMC  işçilərinin təhlükəsizliyi, sağlamlığı və rifahını təmin edir. İşçilər  sağlamlıq və rifahı  inkişaf etdirən  iş mühitində təhlükəsiz  şəraitdə işləməlidir.

            Bu siyasətə dəstək olaraq,  şirkətin rəhbərliyi iş sahəsində təhlükələrin  aşkar edilməsi və aradan qaldırılması, həmçinin  işçiləri və podratçılarının  təhlükəsizlik barədə biliyini artırmaqla qəzaların qarşısının alınması üçün məsuliyyət daşıdığını qəbul edir.

            Biz bütün qanunvericilik aktları və qaydalarına riayət edir və hüquqi çərçivələrdən kənara çıxan təhlükəsizliyin yüksək səviyyədə saxlanılmasına  çalışırıq.

            Bu məqsədə ardıcıl  nail olmaq üçün tələb olunur ki:

  • Rəhbər şəxslər nəzarət etdikləri işçilərin zədə almasının qarşını almaq üçün məsuliyyət daşıdıqlarını başa düşür və qəbul etsin.
  • Bütün işçilər təhlükəsiz işləmələri və digər işçilərin qayğısına qalmaq üçün məsuliyyət daşıdıqlarını qəbul etsin.
  • Sağlamlıq və təhlükəsizlik tələblərinə cavab vermək üçün alət və avadanlıq düzgün seçilməli, istifadə olunmalı və texniki xidmət göstərilsin.
  • Hadisə və qəzaların təkrar baş verməsinin qarşısını almaq üçün onlar təfsilatlı araşdırılsın.
  • İşçilər şirkətin təşkil etdiyi və onların əmək şərtlərinin ayrılmaz hissəsi olan kurslar və təlimatlarda iştirak etsin.
  • İşçi xəstəlik və ya zədə  nəticəsində əmək qabiliyyətini itirdiyi  halda, onun faydalı və mənalı iş şəraitinə qayıtması üçün şirkət müvafiq reabilitasiya proqramını təmin etmək üçün bütün səylər göstərməlidir.

 

Biz işçilərin sağlamlıq və təhlükəsizliyinə təsir edən məsələlərdə iştirak etməsini həvəsləndirir və onlardan təhlükəsizliyin təmin edilməsinə yardım edən təkliflər gözləyirik.