Xidmət - Rovshan Oguz Group
g
Servis

Servis

Baş Direktorun SƏTƏM yanaşması Emin Əhmədovun təqdimatında

Sağlamlıq, Əməyin Təhlükəsiz-liyi, Ətraf Mühit   (SƏTƏM) sahəsində siyasətimiz bizim biznes-planın ayrılmaz tərkib hissəsidir. Bu məqsəd Bizim gələcəyə yönəlmiş strategiyamızda mərkəzi yer tutur. Biz bilirik ki, SƏTƏM fəaliyyətində qabaqcıl təcrübə yüksək keyfiyyətdə xidmətlər göstərməyə imkan verir. Bizim bu sahədə məqsədlərimiz çox sadədir: sağlam həyat tərzi üçün şərait yaratmaq və insanlara zərər yetirməməkdir. Həmçinin ətraf mühitə ziyan vurmamaq, bədbəxt hadisə faktorlarının ən yaxşı halda yoxluğuna nail olmaq, bir komandada və ya sahədə işlədiyimiz insanların birliyinə yardımçı olmaq və sadəcə kiməsə oxşamaq deyil, daimi təkmilləşməyə doğru irəliləməkdir. İstənilən halda “ROQ MMC”-də işləyən bütün insanlar zəmanət verməlidir ki, onların fəaliyyətləri bu məqsədlərə uyğundur.  SƏTƏM standartlarına düzgün əməl olunması özəl faktor olmaqla əməkdaşlarımızın sağlamlığını və rifahını, bizim şirkətin, eləcə də bizim xidmət göstərdiyimiz şirkətin uğurlarını təmin edir. Bu sahədə bizim qarşımıza qoyduğumuz məqsədlər aşağıdakılar kimi sıralana bilər:

 - əməkdaşlarımıza dəstək vermək, təsərrüfatçılıq və məsuliyyət mədəniyyəti çərçivəsində onların peşəkar səriştəliliyini yüksəltməyi davam etdirmək;

 - istehsalatda bütün bədbəxt halların qarşısının alınmasının mümkünlüyünün aydın şəkildə başa düşülməsinə nail olmaq;

 - SƏTƏM üzrə bütün normativ –hüquqi aktların fəaliyyətimizə uyğunluğunu təmin etmək;

 - bizim xidmət sahəsində qaydaların dəyərlərini yüksəltmək məqsədilə SƏTƏM tələblərinin yerinə yetirilməsini daimi əsasda  təkmilləşdirmək.

SƏTƏM fəaliyyəti vahid bir komanda işidir. Bu səbəbdən “ROQ MMC” şirkətinin hər bir əməkdaşı bu mənada MÜHÜM rol oynayır. Birgə iş bizim sistemin SƏTƏM üzrə  effektivliyini yüksəltməyin YEGANƏ yoludur. Bunu əldə etmək üçün:

- Qarşılıqlı anlayışa nail olmaqdan ötrü müxtəlif mədəniyyətlərdə iştirak etmək;

ötrü müxtəlif mədəniyyətlərdə iştirak etmək;

- Adamların müxtəlifliyini və onların fərqli ideyalarını etiraf etmək, bir-birinin hörmətini saxlamaq;

 - Hamımızın sağ-salamat öz ailələrimizə, dostlarımızın yanına qayıda bilmələrini təmin etmək;

 - Təhlükəsiz iş mühitinin yaradılması və təhlükəsiz davranışa həvəs oyadan proqramları həyata keçirmək;

 - Bizim əməkdaşların bu proqramda ideyalarına və iştiraklarına görə şəffaf mühit yaratmaq;

 - Ayın Əməkdaşı və İlin Əməkdaşı proqramlarını həyata keçirmək.

Baş Direktor olaraq, mən bu məqsədlərə və vəzifələrə tamamilə sadiqəm və bu siyasətin tətbiqi üçün adekvat və zəruri resusların ayrılmasını təmin edirəm.

HƏR KƏS özünün və digərlərinin təhlükəsizliyinə görə MƏSULDUR!

İş yerində təhlükəsizliyi təmin etməkdən ötrü BİZ HAMIMIZ hər zaman tələb olunan SƏTƏM qaydalarına ƏMƏL ETMƏLİYİK.