Otel - Rovshan Oguz Group
Oo
AFRA Otel

AFRA Otel

BB-in Mançester şəhərində PTTST-in Sağlamlıq və Texniki Təhlükəsizlik üzrə “Qavrayışın Dəyişdirilməsi” Konfransı

Hafiz Mustafayev və Emin Əhmədov 06-07 mart 2012-ci ildə BB-in Mançester şəhərində PTTST-in Sağlamlıq və Texniki Təhlükəsizlik üzrə “Qavrayışın Dəyişdirilməsi”         Konfransında iştirak etdilər.

 

PTTST (Peşəkar Texniki Təhlükəsizlik və Sağlamlıq Təşkilatı) 06-07 martda Mançester Mərkəzində illik konfrans və sərgi təşkil etmişdir. Konfransın nümayəndələrinə və sərginin iştirakçılarına inkişaf edən peşəkar sağlamlıq və Texniki Təhlükəsizlik (TT) sənayesində sabitliyin qorunması ilə bir sırada qiymət səmərəliliyinin artırılması və ən mükəmməl təcrübənin yeridilməsi yollarını öyrənmək üçün bir çox faydalı metodlar təqdim edilmişdir. Sağlamlıq və Texnİkİ Təhlükəsİzlİk üzrə “Qavrayışın Dəyİşdİrİlməsİ kimi çətin mövzuda keçirilən konfransın proqramı eyni adlı sahə üzrə 60-dan çox ekspertin çıxışını, bu sənayenin əhəmiyyətli sahələri üzrə 30-dan çox sessiyanı və 15 saat canlı diskusiyaları, ən zəruri qanuni dəyişiklikləri, hərtərəfli analizləri, praktiki məşğələləri və real həyatdan götürülmüş konkret halları nəzərdə tutmuşdur. Əhəmiyyətli mövzulara Löfstedtin Təftişi və Lord Yanqın sağlamlıq və TT təftişinin davamlı təsiri, yüksək rəhbərlik prizmasından sağlamlıq və TT-in gündəlik məsələlərə daxil edilməsinin dərk edilməsi, sağlamlıq və TT peşəkarları ilə populyar qavramalar arasında əlaqənin və “brend”in reputasiyasının bacarıqla qurulması daxil idi. ROQ-un Baş Direktoru Emin Əhmədov konfrans haqqında bu fikirləri söyləmişdir: ”PTTST-in tədbirləri İcraçı Rəhbərlər üçün şəbəkənin qurulmasında, öyrənilməsində və ən mükəmməl təcrübənin paylaşmasında çox böyük fürsətdir. Bu səbəbdən də PTTST, insanların iş yerində sağlamlıq və TT-in inkişafına yönələn missiyamızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Biz idarə heyətimiz üçün PTTST-in Təhlükəsiz İdarəetmə Treyninqini təşkil etmişik. Əgər sağlamlıq və TT peşəkarları öz vacib mesajlarını komanda daxilində effektiv şəkildə paylaşa bilmirlərsə, onda onların texniki bacarıqları buna bir qədər kömək edə bilər. İnteraktiv məşğələ saatları bizə iş yerində həyata keçirmək üçün müvafiq yanaşma üslublarının və komanda daxilində yeni nüfuz etmə/kommunikasiya bacarıqlarının inkişaf vasitələrini təklif etmişdir. Bunun tətbiqində aşağıdakılar nəzərə alınmalıdır: 

¤ İnsanların motivasiyasına nail olmaq üçün onların mesajlarının dinlənilməsinin vacibliyi;

¤ Ən mükəmməl praktikanın mübadiləsi və kommunikasiya modelinin hazırlanması, bunlar vasitəsilə təşkilatdaxili istənilən səviyyədə mesajalrın çatdırılması - ehtimal, qavrama və həvəsləndirmənin rolunun vacibliyi;

¤ İnsanların dəvət olunmasının və çətin mesajların çatdırılmasının məhsuldarlığına yönəlmiş ən mükəmməl praktiki strategiyanın vacibliyi.”