HAQQIMIZDA - Rovshan Oguz Group
ovshr
Ofis mebelləri

Ofis mebelləri

Amerika Təklükəsizlik Mühəndislərinin Asosasiyasının Amerikanın Las-Veqas şəhərində

Rövşən Oğuz Qrupun  Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit sahəsinə göstərdiyi diqqətin və Azərbaycanda  2012-ci ildə “Əməyin Təhlü-kəsizliyində Rəhbərliyin Rolu” mövzusunda təşkil etdiyi Beynəlxalq konfransın məntiqi nəticəsi olaraq  Amerikanın ən nüfuzlu SƏTƏM təşkilatı ASSE özünün təşkil etdiyi Beynəlxalq konfaransa şirkətin nümayəndə heyətini xususi olaraq dəvət etmişdi. Konfrans iyun ayının 24-27 Amerikanın   Las-Veqas şəhərində təşkil olunmuşdur. Konfransda Amerikanın bütün ştatları ilə yanaşı dünyanın bir çox ölkələrindən nümayəndə heyəti konfransda iştirak edirdi. Rövşən Oğuz şirkətini həmin şirkətin təsisçiləri Hafiz Mustafayev və Vahid Əliyev, həmçinin Şirkətin Baş Direktoru Emin Əhmədov və SƏTƏM meneceri Cavidan Əsgərov təmsil edirdi. Konfransı ASSE prezidenti Ricard Pollak giriş nitqi ilə açdı və dəvətlərini qəbul edib konfransda iştirak edən hər bir şəxsə öz minnətdarlığını bildirdi. Ricard Pollak, bu konfransın hər il Amerikanın müxtəlif ştatlarında keçirildiyini və hər il iştirakçıların sayının artmasını sevindirici hal kimi vurğuladı. Onun sözlərinə görə iştirakçıların sayının artmasını dünyada SƏTƏM sahəsinə diqqətin artması kimi qiymətlədirilməlidir. Ricard bildirdi ki, hal- hazırda ASSE 34000 –ə yaxın üzvü var və onların hər biri dünyada SƏTƏM sahəsində inkişafa nail olmaq üçün çalışırlar. Ardınca Riçard Pollak 5 gunlük konfrans zamanı keçiriləcək treninqlər, seminarlar,  əyani və praktiki məşqələlər barəsində məlumat verdi. Konfrans zamanı Beynəlxalq Təhlükəsizlik sərgisindən də söhbət açıldı və burada yüzə yaxın Beynəlxalq Təhlükəsizlik şirkətlərinin təhlükəsizlik texnikası avadanlıqları nümaiş olunacağı haqda məlumat verildi. Ardınca konfransda il ərzində SƏTƏM statistikası təhlükələr və təhlükənin yaranma səbəbləri haqqında geniş məruzələr oldu. Fasilədə ASSE prezidenti Ricard Pollak Rövşən Oğuz kollektivinə yaxınlaşaraq Bakıda keçırilən beynəlxalq konfransdan xatirələrini danışdı və bizim nümayəndə heyəti ilə xatirə şəkili çəkdirdi. Daha sonra Rövşən Oğuz şirkəti heyəti tədbirə qatılan digər ölkələrin nümayəndə heyətləri ilə təhlükəsizlik sahəsində fikir mübadilələri və gələcəkdə SƏTƏM sahəsində inki-şafın  qarşılıqlı əməkdaşlıqdan da asılı olduğunu vurğuladılar. Fasilədən sonra Riçard Pollak SƏTƏM sahəsində  “İnkişaf və Əməkdaşlıq” mövzusunda məruzə nitqi söylədi.

Ənənəyə uyğun olaraq SƏTƏM sahəsində göstərdiyi səylərə görə müxtəlif nominasiyalar üzrə ASSE mükafatları təltif olunma mərasimi başladı. Bu il ASSE-nin ölkəsinin SƏTƏM sahəsində göstərdiyi xidmətə görə prezident mükafatı Rövşən Oğuz şirkətinin təsisçisi Hafiz Mustafayevə təqdim olundu. Hafiz müəllim bu makafata layiq görüldüyü üçün ASSE rəhbərliyinə öz təşəkkürünü bildirdi və bundan sonar da SƏTƏM sahəsinin inkişafında Rövşən Oğuz şirkətinin əlindən gələni əsirgəməyəcini bildirdi.

Daha sonra ASSE-də prezidentlik müddətini başa vuran Riçard Pollak prezidentlik səlahiyətlərini yeni seçilmiş xanım president Kathy A. Seabrooka təhvil verdi. Öz növbəsində xanım Kathy A. Seabrook SƏTƏM sahəsində inkişafin əldə olunması üçün birgə əməkdaşlığın vacibliyindən danışdı.      

 Beş günlük konfrans sonda Təhlükəsizlik Texnikasına dair təşkil olunmuş sərgiyə baxışla yekunlaşdı .Sərgidə, bu sahə üzrə yeni ixtira olunmuş alət və avadanlıqlar nümayiş olunurdu. Burada sərgilənən avadanlıqlara baxanda bir daha əmin olduq ki, bu təş-kilat doğrudan da bütün elmi potensialını insanların daha təhlükəsiz işləməsinə və onların sağlamlığına yönəldib.

Rövşən Oğuz şirkətinin Baş Direktoru Emin Əhmədovun sözlərinə görə SƏTƏM sahəsində əldə olunan hər bir nailiyyət məsuliyətimizi bir daha artırır və görürük ki, bu sahədə inkişafın limiti yoxdur. İş sahələrində risklərin minimuma endi-rilməsi şirkətdə hər birimizin 1 nömrəli vəzifəsi olaraq qalır. Daimi olaraq yeni-liklərdən xəbərdar olmaq və bunları bütün komandamıza çatdırmalıyıq.

 Şirkətimizin belə bir tədbirlərdə iştirakı beynəlxalq təcrübənin  şirkətimizin SƏTƏM siyasətinə daxil edilməsi yolunda önəmli addım olmasını SƏTƏM meneceri Cavidan Əsgərov qeyd etdi.