Rovshan Oguz Group
ovshOguz Grop
Ofis mebelləri

Ofis mebelləri

Xidmət

Xidmət

Xidmətlərimiz yüksək səviyyədə və zəmanətlə həyata keçirilir

Ətraflı

HAQQIMIZDA

 

Rövşən Oğuz Qrup bölgədə mülki inşaat işləri, keyfiyyətli mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin texniki xidmət və təmiri, habelə istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, isitmə sistemləri, avadanlıqların texniki qulluğu

(generatorlar, yabalı yükləyici, qaldırıcı işçi platforma, nasoslar və s.), və özünün Oğuz rayonunda yerləşən “AFRA” mehmanxanasında istirahət xidmətlərindən ibarət bütöv bir xidmətlər spektrini təklif edən şirkətdir.

 

Qısa tarix

 

Rövşən Oğuz Qrup 100% yerli səhm əsasında fəaliyyət göstərən şirkətdir.

Şirkətin əsası 1991-ci ildə Rövşən kiçik müəssisəsi ilə qoyulmuşdur.

1994-cü ildə Rövşən kiçik müəssisəsinin əsasında Rövşən Oğuz İstehsalat şirkəti yaradılmışdır.

1996-cı ildə Rövşən Oğuz İstehsalat şirkətinin bazasında Rövşən Oğuz İnşaat və 2002-ci ildə Rövşən Oğuz Servis törəmə şirkətləri fəaliyyətə başlamışdır.

Bundan sonra həmin şirkətlər 2009-cu ilin aprel ayına qədər müstəqil fəaliyyət göstərməyə başlamış, 2009-cu ildə isə idarəetmə, keyfiyyət və təhlükəsizlik məsələlərini artıq inkişaf etmiş şirkətlərlə eyni səviyyədə yüksək standartlara uyğun qurmaq məqsədilə Rövşən Oğuz Qrup altında birləşmiş, daha sonra ISO 9001:2008 Keyfiyyətin İdarəetmə Sistemləri üçün tələblər standartına uyğun olaraq üçüncü tərəfin auditindən keçmişlər.

Rövşən Oğuz Qrup göstərdiyi bütün xidmətlərin tam spektri üçün materiallar, alətlər, ehtiyat hissələri və avadanlıqların təchizatını həyata keçirir.

 

Şirkətin baş ofisi Bakı şəhərində yerləşir. Şirkət regionlarda da fəaliyyət göstərir və eyni zamanda özünün törəmə şirkətləri olan Rövşən Oğuz İstehsalat (Bakı mebel-metal məmulatları), ARFA Mebel (Yevlax) və AFRA Hotel (Oğuz) şirkətlərinə nəzarəti həyata keçirir.

SON XƏBƏRLƏR